“Turan Tovuz” sabah “Sumqayıt”la matça itki ilə çıxacaq. Qərblilərin aparıcı oyunçularından olan Xulu Siyanda qarşılaşmada iştirak etməyəcək.

Futbolinfo.az xəbər verir ki, 32 yaşlı müdafiəçinin zədəsi və ya cəzası yoxdur. O, Azərbaycanda olmadığı və hazırlıqda iştirak etmədiyi üçün oynamayacaq. CAR millisinin heyətinə dəvət olunduğu üçün vətəninə yollanan afrikalı yalnız sabah ölkəmizə gələcək. Bu səbəbdən onun “Sumqayıt”la matça çıxması mümkün görünmür.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp