“Ayntraxt” Uilyam Pakonu transfer edib. Ekvadorlu yarımmüdafiəçi frankfurtlularla 5 illik müqaviləyə imza atıb.

Futbolinfo.az xəbər verir ki, hazırda “Antverpen”də çıxış edən oyunçu yayda Almaniyaya köçəcək. “Ayntraxt” onun üçün belçikalılara 9 milyon avro ödəyəcək. 21 yaşlı oyunçunun keçidindən yetirməsi olduğu “İndependyente” də müəyyən pay alacaq.

Frankfurt klubu Pakonu yayda klubu azad agent kimi tərk edəcək Evan Ndikini əvəzləmək üçün alıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp