Herve Renardın işsiz günləri uzun sürmədi. Səudiyyə Ərəbistanı millisindən ayrılan çalışdırıcı Fransada çalışacaq.

Futbolinfo.az xəbər verir ki, o, bu ölkənin qadınlardan ibarət millisinə rəhbərlik edəcək. Tyerri Anrinin imtina etdiyi vəzifə bu mütəxəssisə tapşırılıb.

Son Dünya Çempionatında Argentina millisini məğlub etməsi ilə populyarlaşan Renard bir sıra Fransa klubunda və Afrika millilərində çalışıb. 54 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp