David de Xea “Mançester Yunayted”lə mövcud müqaviləsinin müddətini uzatmaq istəyir. Klub da bunda maraqlıdır, amma tərəflər arasında danışıqlar istənilən kimi getmir.

Futbolinfo.az xəbər verir ki, müqaviləni tez bir zamanda rəsmiləşdirməyə çalışan klub istəyinə çatmayıb. Təcrübəli qapıçı ona təqdim edilən şərtlərdən məmnun qalmayaraq imtina edib. İndi rəhbərlik onunla müzakirələri davam etdirərək yeni şərtləri təqdim etməlidir.

De Xea konkret nədən narazı olduğunu açıqlamır, amma klubda qalmaq istədiyini deyir: “İllərdir buradayam. “Mançester Yunayted”i çox sevirəm, klubdakı hər anımdan ləzzət alıram. Bu şəhərdə oynamaq möhtəşəmdir və mən xoşbəxtəm”.

2011-ci iln yayında yetirməsi olduğu Madrid “Atletiko”sundan İngiltərəyə köçən David həmin vaxtdan eyni klubdadır. Onun müqaviləsi cari mövsümün sonunda başa çatacaq. Lakin anlaşmanın daha bir il uzadılması mümkündür. Bunun üçün hər iki tərəfin razılığı lazımdır. Amma həm klub, həm də futbolçu daha uzunmüüdətli müqavilə üçün danışıqlar aparır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp