“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev komanda ilə hazırlığa başlayıb. Ağdamlıların Türkiyə toplanışı zamanı qolu sınan futbolçu artıq tam bərpa olunub və fərdi çalışmaları yekunlaşdırıb.

Futbolinfo.az xəbər verir ki, Şahruddin meydana çıxmağa hazırdır, lakin məşqçilər korpusu ona bir müddət də istirahət verəcək. Aprelin 2-də Şamaxıda yerli komandayla matçdan kənar qalacaq futbolçunun adı növbəti turlardan iştirak ərizəsinə salınacaq. Gürcüstan millisinin düşərgəsindən qayıdan Luka Quqeşaşvili və Amin Ramazanov hazırda yaxşı formada olduğundan baş məşqçi Qurban Qurbanovun risk etmək niyyəti yoxdur.

Marko Yankoviç isə bu tur oynaya biləcək. Zədəsini sağaldan legioner yarımmüdafiəçi sıraya qayıdıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp