“Azarkeşlərə “Qalatasaray”la oyunda yaratdıqları atmosferə görə təşəkkür edirəm” – bunu futbolinfo.az saytına açıqlamasında “Qarabağ”ın qapıçısı Amin Ramazanov deyib.
O, “Qarabağ” və “Qalatasaray” arasında keçirilən xeyriyyə matçından danışıb. Gənc “çərçivə” qoruyucusu 1:2 hesablı məğlubiyyətdən söz açıb: “Bu cür böyük komandalara qarşı oynamaq həmişə yaxşıdır. Bizim üçün xoş oldu. Komanda şəklində yaxşı futbol oynadıq. Təəssüf ki, məğlub olduq”.
Amin Ramazanov matçdan sonra “Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardi ilə nə danışdığını da açıqlayıb: “İkardi ilə penalti barədə danışdıq. Nə danışdığımı ətraflı deyə bilməyəcəm, çünki qapıçılara aid məsələ idi”.