“Tottenhem”in baş məşqçi postuna daha bir namizəd var. Antonio Kontenin istefasından sonra boş qalan posta digər İngiltərə klubunun çalışdırıcısı gətirilə bilər.

Futbolinfo.az xəbər verir ki, “Lester”in baş məşqçisi Brendan Rocers Tottenhem”in nümayəndələri ilə danışıqlara başlayıb. Klub rəhbərliyi onun istəklərini öyrənməyə çalışır. Mövcud büdcə ilə daha yaxşı nəricələr vəd edəcəyi halda Rocersin təyinatı reallaşacaq.

Bir sıra Şotlandiya və İngiltərə klublarında işləmiş, 3 il “Liverpul”da fəaliyyət göstərmiş 30 yaşlı şimali irlandiyalı 2019-cu ilin fevralından “Lester”də çalışır. Klubla 2025-ci iln yayına kimi müqaviləsi olan mütəxəssis sabit işi ilə seçilib. Cari mövsümdə nəticələr nisbətən pisləşdiyindən o da yeni macəra axtarır. Lakin Rocers yalnız ciddi layihə olacağı təqdirdə “Lester”i tərk edəcəyini açıqlayıb.

Shares: