Premyer Liqanın 28-ci turunda doğma meydanda “Sumqayıt”la qarşılaşan “Turan Tovuz” bu oyunda ciddi itki ilə üzləşib.

Futbolinfo.az saytı xəbər verir ki, Tovuz klubunun gürcüstanlı yarımmüdafiəçisi Piruzi Marakvelidze zədələnib.

O, mübarizəni davam etdirə bilmədiyi üçün 42-ci dəqiqədə Turan Vəlizadə ilə əvəzlənib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp