Argentina millisinin müdafiəçisi Qonsalo Montiel bir qrup şəxslə birlikdə zorlamada ittiham olunur.
Futbolinfo.az xəbər verir ki, martın 30-da Argentinada ağırlaşdırılmış cinsi təcavüz iddiası ilə bağlı şikayət qeydə alınıb.
Bəyanata görə, qanunsuz hərəkətlərdə mümkün müttəhimlərdən biri də Montieldir.
Qeyd olunur ki, hadisə 2019-cu il yanvarın 1-də, futbolçunun ad günündə, yaşadığı evdə baş verib. Zorakılığın qurbanı Montiellə münasibətdə olan yerli model olub. Vəkilin sözlərinə görə, o, Montielin anası da daxil olmaqla, oyunçunun ətrafı tərəfindən hədələr alıb.