Andrea Pirlo Milanda sevilməməsinin səbəbini açıqlayıb. O, “rossonyerlər”lə öz istədiyi ilə vidalaşmadığını bildirib: “Həyatımın geri qalan hissəsini də orada keçirçək istəyirdim. Amma məni xain kimi gördülər və bu, üzücüdür”.

Sabiq yarımmüdafiəçi 2011-ci ildə “Yuventus”a keçməsini öz günahı saymır: “Həmin vaxt “Milan” yaşlı sayılan oyunçularla bağlı strategiyasını dəyişdirdi. Klub 30 yaşı olanlarla uzunmüddətli müqavilələr bağlamaqdan vaz keçdi. Getmək istəməsəm də, bu, ayrılmızıma səbəb oldu. Anlaşmanı yeniləməyimiz mümkün olmadı. Son günə qədər gözlədim, hətta ağladım. Məndən olsa, karyeramın sonunadək “Milan”da qalardım”.

Xatırladaq ki, həmin vaxt Andrea “Yuventus”a keçdi və ardınca bir neçə yaxşı mövsüm keçirdi. “Milan” azarkeşləri isə onu bugünədəl xain sayır.

Shares: