“Bizim üçün çətin oyun keçdi. Komandamız üçün çox vacib qələbə idi” – bunu futbolinfo.az saytına açıqlamasında “Sumqayıt”ın müdafiəçisi Todor Todorski deyib.

Şimali makedoniyalı oyunçu Misli Premyer Liqasının 28-ci turunda “Turan Tovuz” üzərində qazandıqları 3:2 hesablı qələbədən danışıb: “Rəqib çox çətin komandadır. Heyətlərində iki çox təhlükəli forvard var, hansı ki, uzun toplar gözləyirlər və bundan istifadə edirlər. Amma bu gün biz həqiqətən yaxşı oynadıq. İki dəfə hesabda geri düşsək də, qalib gəldik, matçı çevirdik. Baxmayaraq ki, qırmızı vərəqə də almışdıq. Ümid edirəm ki, bu cür davam edəcək”.

Todotski matçdan əvvəl də qələbəyə inandığını qeyd edib: “Bu oyuna getməzdən öncə qələbəyə inanırdıq. Amma bir xal da bizim üçün yaxşı sayılacaqdı. Çünki çətin səfərə yollanırdıq. Lakin qalibiyyəti bacardıq. Mövsümün sonuna 8 tur qalıb. Bizim üçün bundan sonrakı hər xal vacibdir”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp