Nikolas Pepe “Nitsa”da xoşbəxtdir. Müqavilə ilə “Arsenal”a məxsus olan oyunçu hazırda Londona dönmək haqda düşünmür.
2019-cu ildə “Lill”dən “topçular”a transfer olunan oyunçu ötən yay “Nitsa”ya icarəyə verilib. 27 yaşlı hücumçunun İngiltərə klubu ilə 2024-cü ilin yayınadək müqaviləsi var: “Düzü, “Arsenal”ın nə istədiyini bilmirəm. Orada hələ də bir çox dostum var. Klub üçün önəmli ola bilərdim. Amma bu, baş məşqçinin seçimidir”.
Pepe hazırda bütün diqqətini Fransa çempionatına yönəldib: “Burada xoşbəxtəm. “Nitsa” üçün önümüzdə iki önəmli ay var. Hazırda yalnız bu barədə düşünürəm. Sonra nə olacağına baxacağıq. Yəqin ki, gələcəyimi müzakirə edəcəyik”.