Portuqaliyanın “Benfika” klubu baş məşqçisi Rocer Şmidt ilə müqavilənin müddətini artırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Almaniyadan olan 56 yaşlı mütəxəssislə yeni sözləşmə 30 iyun 2026-ci ilə qədər nəzərdə tutulub.

Şmidt 2022-ci ilin iyulundan Portuqaliya klubuna başçılıq edir. Komanda onun rəhbərliyi altında 43 matç keçirib. 36 oyunda qələbə qazanan “Benfika” 5 görüşdə məğlub olub, 2 matçı isə heç-heçə ilə başa vurub. Hazırda “Benfika” Portuqaliya çempionatında liderdir.

Shares: