Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Çinin Çendu şəhərində keçiriləcək XXXI Ümumdünya Yay Universiadasında rəqibləri bəlli olub.

Futbolinfo.az xəbər verir ki, yığmamız C qrupunda mübarizə aparacaq.

Komanda meydan sahibləri ilə yanaşı, Yaponiya, Ukrayna və Meksika seçmələri ilə üz-üzə gələcək.

Xatırladaq ki, Universiada 28 iyul – 8 avqustda təşkil olunacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp