“Sumqayıt” bizdən daha istəkli idi. Bu səbəbdən də qələbə qazandılar” – bunu futbolinfo.az saytına açıqlamasında “Turan Tovuz”un qapıçısı Tərlan Əhmədli deyib.

O, ötən gün Azərbaycan Premyer Liqasının 28-ci turunda “Sumqayıt”a 2:3 hesablı məğlubiyyətdən danışıb: “Rəqib istəyi ilə bizi üstələdi. Bu matç bizim üçün dərs oldu. Yanaşmamızı dəyişməliyik. Ani boşluq oyunun taleyini dəyişir. Bəxtsizlik də bir az işini gördü. Oyunçumuza dəyib gedən top var idi, penalti qərarı rəqibə motivasiya verdi. Bir sözlə, gələcək oyunlara daha da ciddi yanaşmalıyıq. Hələ heç nə bitməyib. Bu, son deyil. Mövsümdə həlledici mərhələdir. Xal ehtiyatımızı artırmağa məcburuq. Bunun fərqindəyik. İki cəbhədə mübarizə aparacağıq. Ona görə də toparlanmalıyıq”.

Xatırladaq ki, Tərlan dünənki matçda oynamadı. O, cəzalı olduğundan kubokun yarımfinal oyununu buraxacaq. Məşqçilər də oyun praktikası qazanması üçün Kamal Bayramova start heyətdə yer vermişdi.

Shares: