“Qarabağ”ın albaniyalı hücumçusu Redon Cica Ağdam klubuna keçid və Azərbaycan haqda təəssüratlarını bölüşüb. O, shqiptarja.com-a bunları deyib:
“Belə səmimi qarşılanacağını gözləmirdim. Ansi Aqolli (“Qarabağ”ın albaniyalı sabiq futbolçusu – red.) burada əfsanədir. Bakıya heyran oldum. Burada çox sürətli futbol oynayırlar. Bu, bizimlə Azərbaycan arasında böyük fərqdir. “Qarabağ”da çox qol vuracağıma inanıram. Bu, hər bir hücumçunun arzusudur. Müntəzəm olaraq start heyətdə meydana çıxmaq üçün uğurlu çıxış etmək istəyirəm”.
Qeyd edək ki, “Qarabağ” bu qış Redon Cica ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalayıb.