“Kəpəz” – “Səbail” oyunundan əvvəl şəhərin digər komandası azarkeşlər önünə çıxıb. Basketbol üzrə ölkə kubokunun sahibi olan “Gəncə” mükafatlarını təqdim edib.

Şəhərin basketbol komandasını “Kəpəz” klubunun rəhbərliyi təbrik edib. Basketbolçulara xatirə hədiyyələri təqdim olunub. “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri “20 nömrə”li futbolkanı “Gəncə”yə təqdim edib. 20 Gəncənin avtomobil seriyasıdır.

Xatırladaq ki, matrın 26-dakı final matçında gəncəlilər NTD-ni 100:89 hesabı ilə məğlub edərək titula sahib olmuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp