Gəncə şəhər stadionunun ot örtüyü biabırçı durumdadır. Hazırda davam edən “Kəpəz” – “Səbail” matçını izləyənlər acınacaqlı mənzərəni görə bilər.
Futbolçular demək olar ki, torpaq meydançada oynayır. Belədə vəziyyətdə oyun keyfiyyətindən danışmaq mümkün deyil.
Xatırladaq ki, AFFA-nın son maliyyə hesabatında müxtəlif stadionların saxlanmasına il ərzində 3 milyon 248,81 min manat vəsait xərcləndiyi qeyd olunmuşdu. Ondan Gəncədəki arenaya da müəyyən pay düşüb. Stadionun AGİN-in balansında olduğunu da qeyd edək.