Mauritsio Poçettino “Tottenhem”ə qayıtmayacaq. Argentinalı məşqçi London klubuna dönmək istəmədiyini bildirib.

Poçettinonun bu addımının səbəbi var. Belə ki, o, Antonio Kontenin boş qoyduğu postu doldurmaqdansa, “Real”ı gözləməyi lazım bilir. Karlo Ançelottinin yayda Madriddən ayrılması mümkündür və Mauritsio onu əvəz etməyə əsas namizəd sayılır.

Xatırladaq ki, Poçettino daha öncə də bir dəfə “Real”a keçə bilərdi. O zaman madridlilərin dəvətini gözləməyə səbri çatmayan məşqçi bu dəfə gözləməyi lazım bilir (ESPN).

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp