“Çelsi” Andre Onananı transfer etmək istəyir. Londonlular bu səbəbdən “İnter”in qapıçısını yaxından izləyir.

Futbolinfo.az xəbər verir ki, yayda Onana üçün rəsmi təklif göndəriləcək. “Zadəganlar” onun üçün 40 milyon avro ödəməyə hazırdır. Futbolçunun müqaviləsindəki sərbəstqalma bəndinə görə İtaliya klubunun təklifi qəbul etməməsi mümkün deyil (La Gazzetta dello Sport).

Kamerun millisinin 26 yaşlı qapıçısı “İnter”ə ötən yay “Ayaks”dan gəlib. Onun milanlılarla anlaşması 4 ildən sonra başa çatacaq.

“Çelsi” Onananı Seneqal millisinin qolkiperi Eduard Mendinin əvəzinə alacaq. Mendinin londonlularla 2025-ci ilin yayına kimi müqaviləsi olsa da, klub onun çıxışından razı deyil. 31 yaşlı qapıçı da İngiltərədən ayrılmaq istəyir.

Shares: