Azərbaycan millisinin “Konyaspor”da çıxış edən üzvü Mahir Emrelinin Türkiyə Superliqasının 28-ci turunda “Ümraniyespor”la matçda start heyətdə yer alacağı gözlənilir.
Türkiyə mətbuatının yazdığına görə, baş məşqçi Aleksandar Stanoyeviç zədəsini sağaldan 25 yaşlı hücumçuya əsas heyətdə şans verəcək. Sabah keçiriləcək “Ümraniyespor” – “Konyaspor” görüşü Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.