Azərbaycan cüdoçusu Səid Mollayi Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində finala yüksəlib. 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Sloveniya, Monqolustan və Niderlanddan olan rəqiblərinə qalib gəlib. O, burada Şarofiddin Boltaboyevi (Özbəkistan) məğlub edib.
Mollayi qızıl medal uğrunda Mattias Kasse (Belçika) ilə üz-üzə gələcək.
81 kq-da yer alan digər cüdoçu Zelim Tçkayev 1/8 finalda Alfa Umar Caloya (Fransa) yenilib.
73 kq-da Hidayət Heydərov yarımfinalda Manuel Lombardoya (İtaliya) uduzub. Eyni çəkidəki Nurlan Osmanov təsəlliverici qarşılaşmada Adil Osmanova (Moldova) qalib gələrək bürünc medal uğrunda görüşdə məhz Heydərova rəqib olub.
Qeyd edək ki, yarışa aprelin 2-də yekun vurulacaq. İlk gündə Azərbaycan təmsilçiləri medal qazana bilməyiblər.