Xosep Qvardiola “Etihad”da “Mançester Siti”nin baş məşqçisi kimi çıxdığı 128-ci oyunda 100-cü qələbəni qazandı. İspan mütəxəssis beləcə yubileyi ən erkən qeyd edən məşqçi oldu.
O, bununla Arsen Vengerə məxsus rekordu qırdı. Belə ki, vaxtilə “Arsenal”ı çalışdıran fransalı 100-cü ev qələbəsini 139 oyuna reallaşdırmışdı.
Xatırladaq ki, bu gün “Mançester Siti” “Liverpul”u 4:1 hesabı ilə məğlub etdi.