Məhəmməd Salah “Liverpul”un tarixinə düşüb. 31 yaşlı hücumçu buna “Mançester Siti”yə qarşı Premyer Liqanın XXIX tur matçında fərqlənməklə nail olub.

17-ci dəqiqədə hesabı açan forvard çempionatda Mersisayd təmsilçisinin heyətində səfərdə ən çox qol vuran oyunçu adına sahib çıxıb. Rəqib meydanlarında 56 dəfə fərqlənən Salah 55 qola imza atan Maykl Oueni geridə qoyub.

Qeyd edək ki, Salah oyunda hesabı açsa da, yekuna meydan sahibləri qalib gəlib – 4:1.

Shares: