“Liverpul”un baş məşqçisi Yürgen Klopp bugünkü məğlubiyyəti şərh edib. Alman çalışdırıcı “Mançester Siti” ilə oyunda yenilgiyə layiq olduqlarını bildirib.
O, 1:4 hesabıyla yekunlaşan oyundan sonra deyib: “Sabah bizim üçün böyük gündür. Çünki bu gün etdiyimiz səhvlərin üzərində çalışacağıq. İlk hissədə pis deyildik, amma hesabı açdıqdan sonra rəqib üstünlüyü ələ aldı. Əla qol vurub davamını gətirdilər”.
Klopp oyunda aciz göründüklərini etiraf edib: “Rəqibə həddindən artıq imkan verdik. Meydan sahibləri istədiyini edirdi. Daha çox qol vura bilərdilər. Bunu etmək istəmədikləri üçün şanslıyıq”.