Azərbaycan cüdoçusu Səid Mollayi Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə gümüş medal qazanıb. 81 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Mattias Kasseni (Belçika) məğlub olub.

73 kq-dakı Hidayət Heydərov bürünc medala sahib çıxıb. O, üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Nurlan Osmanova qalib gəlib.

Qeyd edək ki, yarışa aprelin 2-də yekun vurulacaq. İlk gündə Azərbaycan təmsilçiləri medal qazana bilməyiblər.

Shares: