Futbol üzrə Almaniya 3-cü liqasında 30-cu turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma arenasında “Oldenburq”la qarşılaşıb. Matç futbolçumuzun komandası üçün uğurlu alınıb. “Ersgebirge” məhz Nazarovun 80-ci dəqiqədə penaltidən vurduğu qol sayəsində 1:0 hesablı qələbə qazanıb. Auelilər həm də ardıcıl 3 məğlubiyyət seriyasına da son qoyub.

Qarşılaşmanın 32-ci dəqiqəsində də sarı vərəqə almaqla yadda qalan Nazarov 83-cü dəqiqədə əvəzlənib.

“Ersgebirge” hazırda 39 xalla 20 komanda arasında 11-ci pillədə qərarlaşıb.

Shares: