Bu gün Misli Premyer Liqasında XXVIII tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə lider “Qarabağ” səfərdə “Şamaxı” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Turun son matçında isə “Sabah” “Qəbələ”ni qəbul edəcək.

Xatırladaq ki, daha öncə “Turan Tovuz” evdə “Sumqayıt”a 2:3 hesabıyla uduzub, “Kəpəz” “Səbail”ə 1:0 hesabıyla qalib gəlib. “Zirə” – “Neftçi” matçında isə qalib müəyyənləşməyib – 1:1.

Misli Premyer Liqası
XXVIII tur

2 aprel

“Şamaxı” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
Şamaxı şəhər stadionu, 15:30.

“Sabah” – “Qəbələ”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov.
“Bank Respublika Arena”, 18:00.

Shares: