“Qarabağ”ın sabiq futbolçusu İbrahima Vadji Fransa “Sent-Etyen”ində dubl edib. O, Fransa 2-ci liqasının 29-cu turunda “Nyor”a 2:0 hesabı ilə qalib gəldikləri görüşdə komandasının hər iki qolunun müəllifi olub.
Seneqallı hücumçu 51 və 71-ci dəqiqələrdə fərqlənib. Bu, Vadjinin bu mövsüm liqa 2-də vurduğu 8-ci qolu (22 oyun) olub.
Bu qələbədən sonra xalını 36-ya çatdıran “Sent-Etyen” turnir cədvəlində 12-ci pilləyə yüksəlib. Siyahıya 60 xalla “Havr” başçılıq edir.Xatırladaq ki, Vadji ötən ilin avqustunda “Qarabağ”dan “Sent-Etyen”ə transfer olunub.