Formula 1 üzrə dünya çempionatında mövsümün üçüncü yarışının qalibi Maks Ferstappen olub.
Futbolinfo.az xəbər verir ki, Avstraliyada keçirilən qran-pridə “Red Bull” pilotu “Mercedes” komandasında çıxış edən Luis Hemilton və “Aston Martin”dən Fernando Alonsonu qabaqlayaraq finişə birinci çatıb.
Xatırladaq ki, mövsümün dördüncü yarışı 28-30 apreldə Bakıda keçiriləcək.