Futbol üzrə Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Krasnodar”la qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:6.

Sadıqovla Quliyev də bu matçın iştirakçısı olublar. Ayaz start heyətdə meydana çıxıb və sonadək oynayıb. İlya isə 73-cü dəqiqədə meydana buraxılıb.

“Krasnodar”ın heyətində “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Kadi Borges də meydana çıxıb. O, fasilədən dərhal sonra mübarizəyə qoşulub və 63-cü dəqiqədə qol da vurub.

“Ximki” 21 turdan sonra 13 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Shares: