Qış transferlərinə milyonlar xərcləyən “Çelsi” uğursuz nəticələr üzündən baş məşqçi Qrem Potteri istefaya göndərdi. Amma onun qovulması da “zadəganlar”a baha başa gələcək.

Futbolinfo.az xəbər verir ki, İngiltərə Premyer Liqasında 11-ci pilləyə enən komanda çalışdırıcı ilə müqavilənin birtərəfli pozulmasına görə böyük kompensasiya ödəyəcək. 5 illik müqaviləsi olan Potter və köməkçiləri 57 milyon avro təzminat alacaq.

Maraqlıdır ki, “Çelsi” Potteri gətirərkən də böyük xərcə düşmüşdü. Sentyabrda Tomas Tuhelin qovulmasından sonra baş məşqçi axtararkən klub rəhbərliyi “Brayton”a uğurla rəhbərlik edən ingilis mütəxəssisə “elçi düşmüşdü”. O zaman məşqçinin klubundan ayrılması üçün “Brayton”a 25 milyon avro ödənilmişdi.

Beləliklə, 7 aylıq macəraya görə “Çelsi” Potter üçün 82 milyon avro təzminat ödəyəsi oldu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp