PSJ-nin yarımmüdafiəçisi Danilo məyus olub. O, dünən Lion “Olimpik”inə məğlubiyyətə görə futbolçuları qınayıb.

Futbolinfo.az xəbər verir ki, parislilərin evdə 0:1 hesabı ilə uduzması Danilonu hiddətləndirib: “Liderə layiq oyun oynamırıq. Kluba hörmət etmirik, meydanda hər şeyimizi qoymuruq. Ev oyununda bütün bacarığını ortaya qoymasan, qələbə qazana bilməzsən. Çox çətin mərhələdən keçirik, ayılmağımız lazımdır”.

Danilo bu gedişlə hətta çempionluğu da əldən verə biləcəklərini düşünür: “Rəqiblərimiz cəmi 6 xal gerimizdədir. Çox şeyi dəyişməyimiz lazımdır. Onlar nələr olduğunu demək mənim işim deyil, amma dəyişdirməliyik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp