“Çelsi”nin baş məşqçisi postuna ən real namizəd Yulian Naqelsmanndır. Bir neçə gün öncə “Bayern”dən istefaya göndərilən gənc mütəxəssis londonuların ilk hədəfidir.

Qrem Potter istefaya göndərilincə “zadəganlar”ı çalışdırmağa müxtəlif namizədlərin adı hallansa da, məhz aman mütəxəssislə təmasların başladığı yönündə xəbərlər var. Hətta klub rəhbərliyinin Naqelsmannla danışdığı, məhz onun razılığını aldıqdan sonra Potteri istefaya göndərdiyi deyilir.

Təyinat reallaşsa, maraqlı yerdəyişmənin şahidi olacağıq. Belə ki, “Çelsi” cari mövsümə Tomas Tuhellə başlamışdı. O, ötən həftə Münhen klubundan qəfil qovulan Naqelsmannı əvəzlədi. İndi isə Yulian həmyerlisinin payızda ayrıldığı londonlularla anlaşa bilər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp