“Espanyol” yeni baş məşqçi təyinatına hazırlaşır. İspaniya klubu keçmiş oyunçusuna güvənmək niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, mövsümün əvvəlində komandaya baş məşqçi təyin olunan Dieqo Martines uğursuz nəticələr üzündən istefaya göndərilir. 42 yaşlı ispan mütəxəssis daha bir illik müqaviləsinin olmasına rəğmən, postu ilə vidalaşır. Onu isə Luis Qarsiya əvəz edəcək.

2005-11-ci illərdə “Espanyol”da oynayan, 4 ildir karyerasını başa vuran Qarsiya hazırda Madrid “İnter”ində çalışır. Amma 42 yaşlı mütəxəssis peşəkar karyera qurmaq niyyətindədir və “Espanyol” ona bu şəraiti yaradacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp