PSJ-də vəziyyət yaxşı deyil. Parisliləri dünən evdə Lion “Olimpik”inə məğlub olması ilə yenidən baş məşqçi Kristofer Qaltyenin istefası gündəmə gəlib.

Futbolinfo.az xəbər verir ki, komanda ən yaxın rəqibini 6 xal qabaqlamaqla lider olsa da, azarkeşlər narazıdır. Maliyyə imkanlarına görə rəqiblərindən bir neçə dəfə üstün olan PSJ-nin Çempionlar Liqasından kənar qalması, üstəlik, çempionatda da çətinlik çəkməsi rəhbərliyi də məmnun etmir.

Qaltye matçdan sonra bu barədə danışıb: “İstefa verməyəcəm, sonadək döyüşəcəm. Ümid edirəm ki, oyunçularımız da təzyiqlərdən bezməz, qürurlu olmalı, əks reaksiya verməliyik. Vəziyyəti düzəltmək üçün gücümüz var”.

Qaltye istefa verməyəcəyini desə də, mövsümün sonunda rəhbərliyin onu yola salacağı dəqiqdir. Yayda PSJ-də yeni dönəmin başlayacağı, həm heyətə əl gəzdiriləcəyi, həm də məşqçinin dəyişəcəyi gözlənilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp