1961-2020-ci illər aralığında fəaliyyət göstərən Rusiya klubu “Mordoviya”nın formasını geyinmiş əfsanəvi yarımmüdafiəçilər seçilib.

Futbolinfo.az saytı “saransk.bezformata.com”a istinadən xəbər verir ki, Azərbaycan millisinin və “Neftçi”nin kapitanı Emin Mahmudov da siyahıya düşməyi bacarıb.

31 yaşlı Mahmudov Saransk klubunda cəmi bir mövsüm icarə əsasında çıxış etsə də, bu, əfsanəvi 13 yarımmüdafiəçi sırasına düşməsi üçün yetərli olub.

Yerli KIV onu belə xarakterizə edib: “Mordoviya”nın formasını 2015/2016 mövsümündə Azərbaycanın Saatlı rayonundan olan idmançı qoruyub. Mahmudov Saransk komandasının heyətində 18 oyun keçirib. Hazırda şərəfini qoruduğu “Neftçi” ilə ölkə çempionu olub, Azərbaycan millisinin liderlərindən biridir. Mahmudov həm də Rusiya Premyer Liqasının gümüş mükafatçısıdır. O, Moskva “Spartak”ında bunu bacarıb”.

Ruslar əlavə ediblər ki, Mordoviya Gənc Futbolçular üçün Regionlararası Təlim Mərkəzində yeni Emin yetişir: “Özleçik 2013-cü il təvəllüdlüdür. O, komandanın ən texnikalı oyunçularından biridir. Düzdür, bu Eminin Azərbaycan kökləri yoxdur, Türkiyə əsillidir”.

Qeyd edək ki, Emin Mahmudov 2017-ci ildən “Neftçi”nin formasını geyinir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp