“Avrokuboklara vəsiqə qazanmaq üçün çempionatı mütləq 4-cü yerdə bitirməliyik. Bilirik ki, işimiz çətindir”. Bunu futbolinfo.az-a açıqlamasında “Zirə”nin yarımmüdafiəçisi Hacıağa Hacılı deyib.

25 yaşlı futbolçu komandasının qələbələri sıralamalı olduğunu bildirib: “Təəssüf ki, bəzi oyunlarda yaratdığımız epizodları qola çevirə bilmirik. Bu da xal itirməyimizə səbəb olub. Ona görə də daha diqqətli olub xallar toplamalıyıq. Geridə qalan matçlarda xallar qazanmağa çalışmalıyıq. Qələbələr ardıcıl gəlməlidir”.

Xatırladaq ki, avrokuboka vəsiqə qazanmaq üçün “Zirə”yə 4-cü yeri tutmaq kifayət etməyə bilər. Bunun üçün digər yarımfinalçıların yox, məhz ilk “üçlük”də qərarlaşan “Neftçi”nin kuboka sahib çıxması lazımdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp