Paulo Dibala ardıcıl 7 mövsümdür A Seriyasında azı 10 qol vurur. O, bu müddətdə həmçinin hər mövsüm minimum 5 qol ötürməsi verib.

Futbolinfo.az xəbər verir ki, 2004/05 mövsümündən sonra yalnız 3 futbolçu bu nəticəyə imza ata bilib. Onlar Zlatan İbrahimovuç, Françesko Totti və Antonio Di Nataledir.

Dibalanın bu statistikanı davam etdirməsi A Seriyasında qalması lazımdır. Amma argentinalı İngiltərəyə yollanmaq istəyir. O, mövsümün sonunda “Roma”nı tərk etməyə qərar verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp