“Mançester Yunayted”də qalmaq istəyən, amma arzuladığı təklifi almayan David De Xea yeni variantları nəzərdən keçirir. İspaniyalı qapıçının müqaviləsi mövsümün sonunda başa çatır və azad agentə çevriləcək. Tərəflər anlaşmanın müddətinin artırılması üçün danışıqlara başlasa da, klubun yeni təklifi qolkiperi qane etmədiyindən, o, imtina edib.

Futbolinfo.az xəbər verir ki, “Roma” və “Yuventus” fürsətdən istifadə etməyə çalışır. İtaliya klubları 32 yaşlı qapıçını heyətinə qatmaq üçün hərəkətə keçib. PSJ də De Xeanı istəyir, amma italiyalılar daha real təklif göndərib. Mançesterlilər şərtlərini yaxşılaşdırmasa, David qərarını onlardan birinin lehinə verəcək.

Madrid “Atletiko”sunun yetirməsi olan De Xea 2011-ci ildən İngiltərədə çıxış edir. O, 12 il öncə 25 milyon avroya transfer edilmişdi. David karyerası boyunca yalnız bu iki klubda oynayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp