Dünəndən etibarən İngiltərə və İspaniyada sıralanan məşqçi istefaları Almanyadan da yan keçmədi. Bu gün “Ştutqart” baş məşqçisi ilə vidalaşdı.

Futbolinfo.az xəbər verir ki, Bruno Labbadia təyinatından 4 ay sonra postu ilə vidalaşdı. Buna səbəb komandanın uğursuz çıxışıdır. 26 oyuna topladığı 20 xalla Bundesliqada 18 komanda arasında sonuncu olan komanda son turda “Union”a 3:0 hesabıyla yenildi. Berlinlilərdən 17 dəqiqə ərzindəə buraxılan bu qollar Labbadianın taleyini müəyyənləşdirdi.

Bir sıra Almaniya klublarında işləmiş Labbadiya “Ştutqart”a ötən ilin dekabrının əvvəlində gəlmişdi. Bu, onun eyni posta 2-ci təyinatı idi. Bruno 2010-cu ilin sonunda da komandaya gətirilmiş və 2013-ün yayına kimi uğurlu fəaliyyət göstərmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp