“Liverpul” və “Arsenal” eyni futbolçuya elçi düşüb. İngiltərə klubları “Ayntraxt”ın yarımmüdafiəçisi Yesper Lindströmü heyətinə qatmaq istəyir.

Futbolinfo.az xəbər verir ki, hər iki klub danmarkalı oyunçunun nümayəndələri ilə təmasa keçib. Frankfurtlular 23 yaşlı yarımmüdafiəçini 50 milyon avro qarşılığında satmağın əleyhinə deyil. “Sky Sport Deutschland”ın yazdığına görə, klub hətta 35-40 milyon avroluq təklifə də “yox” deməyəcək. Sadəcə, müştəri birdən artıq olduğu üçün onlar yüksək qiymət söyləyir.

Cari mövsümdə Bundesliqada keçirdiyi 22 matçda 7 qol, 4 məhsuldar ötürmə ilə yadda qalan Lindström iki il öncə “Bröndbü”dən 7 milyon avroya transfer olunub. Onun “Ayntraxt”la 2026-cı ilin yayınadək müqaviləsi var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp