Dünən “Çelsi”nin baş məşqçi postundan qovulan Qrem Potter bu gün yeni təklif alıb. O, eyni gündə başsız qalan klubun maraq dairəsindədir.

Futbolinfo.az İngiltərə mətbuatına istinadla xəbər verir ki, London klubu ilə 5 illik müqaviləsi 7 aya bitən çalışdırıcı “Lester” rəhbərliyindən dəvət alıb. Dünən Brendan Rocerslə yollarını ayıran “tülkülər” komandanı son pillələrdən məhz Potterin xilas edəcəyinə inanır.

Lakin Potter təklifi alan kimi rədd edib. O, bir müddət məşqçiliyə ara vermək niyyətindədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp