“Real” İspaniya La Liqasının 28-ci turunda “Vilyarreal”a 2:3 hesabıyla məğlub olub.

Futbolinfo.az xəbər verir ki, matçdan sonra “kral klubu”nun futbolçusu Federiko Valverde “Vilyarreal”ın oyunçusu Aleks Baenanı döyüb.

Uruqvaylı oyunçu qarşılaşma bitdikdən sonra qonaqların avtobusunun yanında Baenanı gözləyib. Daha sonra rəqibinə yaxınlaşan Valverde onun üzünə zərbə endirib. Uruqvaylının bu cür aqressiv davranışının səbəbi “Vilyarreal”ın oyunçularını təəccübləndirib.

“Kral klubu” hazırda İspaniya çempionatının turnir cədvəlində 59 xalla ikinci, “Vilyarreal” isə 47 xalla beşincidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp