Almaniya Bundesliqasında 27-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.

“Bohum” – “Ştutqart” matçında qonaqlar qalib gəliblər. Mönhenqladbax “Borussiya”sı evdə “Volfsburq”a, “Hoffenhaym” isə “Şalke”yə 2 cavabsız qolla qalib gəlib.

Hazırda 58 xala malik “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 56 xalla ikinci, “Union Berlin” 51 xalla üçüncü pillədə qərarlaşıb. “Leypsiq”in 48, “Frayburq”un 47, “Bayer”in 43, “Ayntraxt”la “Maynts”ı 41 xalı var.

Almaniya Bundesliqası
27-ci tur
8 aprel

Auqsburq – Köln 1:3
Qol: Varqas, 29 – Sxiri, 7. Martel, 16. Maina, 59.

Bayer – Ayntraxt 3:1
Qol: Adli, 10. Diabi, 34. Azmun, 90+5 – Sou, 74.

Borussiya (Dortmund) – Union Berlin 2:1
Qol: Malen, 28. Mukoko, 79 – Behrens, 61.

Frayburq – Bayern 0:1
Qol: De Liqt, 51.

Maynts – Verder 2:2
Qol: Ayorke, 85. Veyper, 90+3 – Stage, 87. Fullkruq, 90+5.

Herta – Leypsiq 0:1
Qol: Haydara, 40.

9 aprel

Borussiya (Mönhenqladbax) – Volfsburq 2:0
Qol: Nqumu, 34. Turam, 63.

Bohum – Ştutqart 2:3
Qol: Stoger, 58-pen. Hofmann, 85 – İto, 14. Jirassi, 60. Vaqnoman, 63.

Hoffenhaym – Şalke 2:0
Qol: Kral, 22-öz qapısına. Bebu, 70-pen.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp