Türkiyə Super Liqasında 28-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub.

“Sivasspor”un “Başakşəhər”lə ev oyununda qalib müəyyənləşməyib. “Beşiktaş” isə “Girəsunspor”u qəbul edib və inamlı qələbəyə sevinib. Bu qələbə sayəsində xalını 55-ə çatdıran “qara qartallar” 2-ci pilləyə yüksəlib.

Türkiyə Super Liqası
28-ci tur

7 aprel

Konyaspor – Antalyaspor 1:1
Qol: M.Dəmir, 24 – Rayt, 45.

8 aprel

Ankaragücü – İstanbulspor 3:2
Qol: Sou, 10; 53. Diak, 24 – K.Şen, 47. Eyenqa-Lokilo, 55.

Kasımpaşa – Trabzonspor 2:0
Qol: Şuyar, 29. Eysserik, 76.

9 aprel

Sivasspor – Başakşəhər 1:1
Qol: L.Duarte, 37-öz qapısına – P.Şiş, 61.

Beşiktaş – Girəsunspor 3:1
Qol: V.Abubakar, 39; 45+5. Redmond, 54 – R.Bayiç, 21.

10 aprel

17:00. Kayserispor – Ümraniyəspor
21:30. Fatih Karagümrük – Fənərbaxça

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp