Liqa 1-in 30-cu turunun “Nitsa” ilə oyunu PSJ-nin müdafiəçisi Markinyos üçün əlamətdar olub.

Futbolinfo.az xəbər verir ki, braziliyalı futbolçu Paris təmsilçisində 400-cü matçına çıxıb.

O, 2:0 hesablı qələbəyə sevindikləri səfər matçından sonra bu barədə fikirlərini bildirib:

“PSJ həmişə mənə, azarkeşlərə minnətdarlığını bildirib. Parisdə çox xoşbəxtəm!”

28 yaşlı “sambaçı” 2013-cü ildən Paris klubunda çıxış edir. Müdafiəçi Fransa klubundakı 400 matçda 38 qol vurub, 9 assist edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp