Azərbaycan millisinin cüdoçusu Aslan Kotsoyev Çexiyanın Teplitse şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda 81 kq çəki dərəcəsində çempion olub.

Futbolinfo.az xəbər verir ki, finalda dünya reytinqinin birincisi olan serbiyalı Duşan Qrahovaça qalib gələn Kotsoyev Avropa Cüdo Birliyinin rəsmi saytına müsahibə verib.

– Turnir sizin üçün çətin olmadı?

– Əlbəttə ki, çətin oldu. Mən rəqabətə öyrəşmişəm. Azərbaycan çempionatında mənim çəki dərəcəmdə adətən 50-yə yaxın cüdoçu olur.

– Dünyanın bir nömrəsini məğlub etmək necə hissdir?

– Çox gözəl hissdir. Məqsədim bu il Dünya Çempionatında iştirak etməkdir. Teplitsedəki turnir də buna doğru yaxşı addımdır. Təbii ki, mənim ən yüksək məqsədlərim var.

– Sizi cüdo ilə kim tanış etdi?

– Ailəmdə böyük qardaşım cüdo ilə məşğul olub. Belədə atamın məni də məcbur məşq etdirməsi təbii idi.

– İdmanda uğur qazanmaq istəyən gənc cüdoçulara hansı mesajı verərdiniz?

– Sadə məsləhət – zirvəyə qalxmaq üçün yalnız vicdanlı şəkildə ağır məşqlər keçməlisən.

– Məşqdən əlavə nə etməyi xoşlayırsınız? – Yatmağı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp