“Bayer” 2002-ci ildən bəri ən yaxşı seriyasını yaxalayıb. Leverkuzen təmsilçisi bütün turnirlər daxil olmaqla, ardıcıl 7 matçdır qələbə qazanır.

Futbolinfo.az xəbər verir ki, Xabi Alonsonun baş məşqçi postuna gəlişindən sonra yüksəlişdə olan komandanın öz rekordunu yeniləməsi üçün daha bir uğurlu matça ehtiyacı var. Komanda 1979-cu ildə Bundesliqaya gəlişindən bəri 2-ci dəfə belə göstəriciyə imza atır.

“Bayer” hazırda Çempionlar Liqasına vəsiqə verən yerdən 5 xal geridədir. Seriya davam etsə leverkuzenliləri yenə qitənin ən nüfuzlu yarışında görəcəyik.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp