Rayan Qravenberx “Bayern”də xoşbəxt deyil. Yayda “Ayaks”dan 18,5 milyon avroya transfer olunan mərkəz müdafiəçisi az oynamaqdan şikayətçidir.

Futbolinfo.az xəbər verir ki, Niderland millisinin 20 yaşlı müdafiəçisi 2027-ci ilin yayında başa çatacaq müqavilə bağlayıb. Lakin belə davam edəcəyi təqdirdə o, mövsüm bitən kimi iş yerini dəyişəcək: “Münhenə köçmək qərarımdan peşman deyiləm. Düzdü, “Bayern”də daha çox oynayacağıma ümid edirdim, indi də səbrlə gözləyirəm. Lakin vəziyyət dəyişmir və yayda bu məsələni müzakirə edəcəm. Acınacaqlı durumdur, amma vəziyyətdən necə çıxacağımı bilirəm, bir yol tapacam”.

Xatırladaq ki, yanvarda bəzi İngiltərə klubları futbolçuya müştəri düşmüşdü. Almanlar təklifləri geri çevirdi, amma oyunçunun israrından sonra yayda onlardan birinin dəyərləndirilməsi mümkündür.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp